Maşın kanala aşıb, sürücü ölüb
- 04.03.2017, 12:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəddin Abbasovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil kanala aşıb. Hadisə zamanı sürücü ölüb.
Hadisə yerinə Şəmkir Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib, avtomobil və sürücünün meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.