Zimbabvedə daşqınlar nəticəsində 246 nəfər ölüb

Son üç ay ərzində Zimbabvedə baş verən daşqınlar nəticəsində 246 nəfər ölüb.

APA-nın “Millyet”-ə istinadən verdiyi xəbərə görə, daha 128 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 2 min nəfər evsiz qalıb.

Təbii fəlakətlə əlaqədar hökumət ölkədə fövqəladə vəziyyət elan edib və beynəlxalq birliyə müraciət edərək 100 milyon dollar məbləğində maliyyə yardımına ehtiyacı olduğunu bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri