Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Göygöldə avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum olub. O, Gədəbəy rayon sakini 1970-ci il təvəllüdlü Haqverdiyev Bəylər Fərman oğludur.


Qeyd edək ki, piyadanı vurmuş “Toyota Prado”-nun sürücüsü və sərnişinləri ilə həkimlər arasında xəstəxanada insident baş verib.


Münaqişə zamanı həkimlərə qarşı zor tətbiq edilib.


Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


***


Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.


Hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, kimliyi məlum olmayan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.


Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.



APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri