Sürücülərin nəzərinə: Sabahdan yeni cərimələr qüvvəyə minir – SİYAHI
- 05.03.2017, 13:26,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabahdan yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sabah quvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülər üçün yenilikləri nəzərə almağa çağırıb.
O qeyd edib ki, İXM sürücülər üçün əsasə yeniliklər bunlardır:
1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.
2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.
3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.
4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.
5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.
5. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır.
herxeber.com, oxu.Az