Əmircan sakini bacısının həyat yoldaşını öldürüb
- 06.03.2017, 09:52,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda qayın kürəkənini qətlə yetirib.
Suraxanı rayonu Əmircan qəsəbəsinin sakini, 1969-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Həsənov bacısının həyat yoldaşı, 1965-ci il təvəllüdlü Cavanşir Ənvər oğlu Hacıyevi bıçaqla qətlə yetirib.
R. Həsənov polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə C. Hacıyevin həyat yoldaşını mütəmadi olaraq incitməsi və təhqir etməsi səbəbindən baş verib. R. Həsənov bacısının incidilməsinə və təhqir edilməsinə dözməyərək qətli törədib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
APA