Şirvanda naməlum avtomobil piyadanı vuraraq öldürüb

Şirvanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

Hadisə gecə saat 1.30 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində qeydə alınıb.

Şirvan sakini, 1955-ci il təvəllüdlü Abışov Rüstəm Qardaş oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. 62 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda hüquq-mühafizə orqanları piyadanı vurub qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri