Yaponiyada Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb

Yaponiyada Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb Yaponiyanın baş naziri Sindzo Abe Şimali Koreyanın həyata keçirdiyi raket sınaqları ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Bu barədə S.Abe “NHK” telekanalının canlı yayımında deyib.

“Biz Şimali Koreyaya artıq qəti etirazımızı bildirmişik. Həmçinin ABŞ və Cənubi Koreya ilə birgə Pxenyanın hərəkətlərinə cavab verməyə hazırıq”, deyə S.Abe bildirib.

Bu gün Şimali Koreya hərbçiləri Yapon dənizinə raket buraxıb. Cənubi Koreyanın Müdafiə nazirliyindən bildiriblər ki, tipi məlum olmayan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılıb. Bundan sonra Yaponiya nazirlər kabinetinin baş katibi Esihide Suqa dörd raketin Yapon dənizinə buraxıldığını, onlardan üçünün bilavasitə Yaponiyanın ərazı sularına düşdüyünü bəyan edib. Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri