Rusiya Dövlət Dumasının deputatı Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib

Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” fraksiyasının üzvü Oleq Paxolkov Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edib.

APA-nın məlumatına görə, işğal olunmuş ərazilərdə separatçı rejimin qondarma “parlamenti”nin sədri Aşot Qulyanla görüşən Paxolkov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur. Paxolkov Dağlıq Qarabağa şəxsi təşəbbüsü, dostlarının dəvəti əsasında səfər etdiyini deyib və bunun bölgəyə ikinci səfəri olduğunu xatırladıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri