Çirklənmiş ətraf mühit hər il 1.7 milyon uşağın ölümünə səbəb olur
- 07.03.2017, 11:41,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hər il çirklənmiş ətraf mühit 1.7 milyon uşağın ölümünə səbəb olur. APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (WHO) hesabatında qeyd olunub.
Azyaşlıların ölüm səbəbləri arasında passiv siqaret istifadəsi, ultrabənövşəyi şualarla şüalanma, istismara yararsız eketrik cihazlarından və yararsız sudan istifadə də var. Ölüm hallarının 570 mini çirklənmiş havanın payına düşür. Cirkli hava uşaqlarda beyn inkişafına, ağ ciyərlərin fəaliyyətinə mənfi təsir göstərir, astmaya, sonradan ürək xəstəliklərinə səbəb olur.
Qeyd olunub ki, ölənlərin əksəriyyəti bir ay-beş yaş arasında olan uşaqlardır.
Hesabatlara əsasən, bu halların qarşısını almaq üçün içməyə yararlı sudan və yemək hazırlayarkən keyfiyyətli yanacaqdan istifadə etmək lazımdır. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı havanın çirklənməsinin qarşısını almağı, sanitariya normalarına əməl etməyi, hamilə qadınları müdafiə etməyi tövsiyyə edir. ÜST-ün qənaətinə görə, köhnə mobil cihazlardan istifadə uşaqlar üçün əsas təhlükələrdən biridir.