Ötən gecə təcili yardım maşınında baş verən hadisəyə aydınlıq gətirilib

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) ötən gecə təcili yardım maşınının sürücüsünün döyülməsi barədə verilən məlumata aydınlıq gətirilib.

Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, ötən gün 62 yaşlı Hacəliyeva Gülsurənin kimyəvi zəhərlənməsi ilə bağlı təcili yardım stansiyasına müraciət daxil olub. Onun sözlərinə görə, dərhal müraciətə əsasən xəstəyə yardım göstərilib və tibbi yardım maşınında xəstəxanaya gətirilib: “Təcili yardım maşını sirkə turşusundan kimyəvi zəhərlənməyə məruz qalan qadın xəstəni aparan zaman yolda xəstənin içkili vəziyyətdə olan oğlu tibb işçilərini bıçaqla hədələyib. Deyib ki, anasını xəstəxanaya tez çatdırsınlar, yoxsa hamını öldürəcək. Sonra birdən-birə qapını açaraq özünü aşağı atıb. 20 dəqiqədən sonra digər maşın gələrək onu da xəstəxanaya aparıb. İndi həm xəstə ana, həm də özünü maşından atan oğlu Klinik Tibbi Mərkəzdə müalicə olunur. Xəstə ananın vəziyyəti ağır, oğlunku isə orta-ağır kimi qiymətləndirilir”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri