Nigar Camal: “Xoşum gəlməyən kişi toxunanda əsəbiləşərəm”
- 10.03.2017, 12:01,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cazibədar ifaçı Nigar Camalın müsahibəsində maraqlı məqamlara toxunub.
Live.az xəbər verir ki, “Eurovision 2011” qalibi Nigar Camal yeniçağ-a müsahibəsində öz seçimlərindən danışıb.
"Filmə dəvət etsələr, ehtiras, sevişmə səhnəsinə çəkilərdin?" sualına cavabı neqativ olub.
"Sevişmə səhnəsinə razılıq verməzdim. Çünki xarakterim elədir ki, xoşum gəlməyən kişi mənə toxunanda əsəbiləşərəm. Yalnız sevdiyim insan toxunarsa, xoşum gələr. Filmdə hansısa aktyorla bu mümkün deyil."
Sənətçi “Dünya ulduzları kimi sən də bədəninin hansısa əzasını sığorta etdirərdin?” sualına isə belə cavab verib:
“Yox, hesab edirəm ki, bu mənasız işdir. Bir dəfə 2011-ci ildə məşhur sığorta şirkətlərindən biri üzümü sığorta etmişdi. Çünki mən onların siması seçilmişdim”.
Xatırladaq ki, müğənni Nigar Camal bir müddət öncə 1 milyonluq sığorta olunmuşdur.