Bakı sakini evində özünü güllələyib öldürdü
- 10.03.2017, 12:04,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı sakini özünü evində güllələyərək öldürüb.
Xəzər rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsində baş verib.
1960-cı il təvəllüdlü Dadaşov İldırım Rza oğlu yaşadığı evdə "Makarov" tipli tapançadan atəş açaraq özünü öldürüb. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.