Külli miqdarda dollar və qızıl külçələri qaçaqmalçılıq yolu ilə Azərbaycandan çıxarmaq istəyən şəxslər saxlanılıb

Külli miqdarda dollar və qızıl külçələri qaçaqmalçılıq yolu ilə Azərbaycandan çıxarmaq istəyən şəxslər saxlanılıbKülli miqdarda xarici valyuta və qızıl külçələri qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alınıb.


APA-nın xəbərinə görə, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda - 190.000 (yüz doxsan min) ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları - Elvin Yusubov, Rəşad Nəsibov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri