Avropa Mərkəzi Bankı dolların möhkəmlənməsini əngəlləyib
- 11.03.2017, 13:45,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Mərkəzi Bankında (AMB) istiqrazların alışı proqramını (monetar ekspansiyanı) bitirmədən uçot dərəcələrini artırmaqla bağlı müzakirələrə başlayıblar.
Live.Az-ın məlumatına görə, “Report”, “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə AMB məsul şəxsləri bildirib.
Qeyd olunub ki, Bankın idarə heyətinin martın 9-da keçirilən iclasında bu mövzunun təhlilinə başlanılıb. Lakin iclasda uçot dərəcələrinin artırılması ilə bağlı hər hansı tarixin müəyyən edilmədiyi qeyd olunur.
Xatırladaq ki, AMB martın 9-da keçirdiyi iclasda uçot dərəcələrini 0% səviyyəsində sabit saxlayaraq istiqraz alışı proqramında da heç bir dəyişiklik etməyib.
“Report”un analitik qrupu bildirir ki, investorlar AMB-nin uçot dərəcəsini artırmağa başlamamışdan əvvəl istiqraz alışı proqramını bitirməsini gözləyirdilər.
Lakin, AMB-nin uçot dərəcəsini daha əvvəl artıra bilməsi fikrini müzakirəyə çıxarması valyuta bazarlarında avronu gücləndirməyə başlayıb. Belə ki, dünən, martın 10-da avro dollarla müqayisədə 1% bahalaşaraq 1,0673-ə çatıb.
Qeyd edək ki, avronun güclənməsi FED-in gələn həftə, martın 14-15-də keçirəcəyi və böyük ehtimalla uçot dərəcələrini artıracağı ərəfədə baş verib. Bu da onu göstərir ki, valyuta bazarları yaxın müddətdə USD/EUR məzənnəsinin sərt hərəkətinə yol vermək istəmir. Analitik qrup məzənnənin 1,04-1,10 diapazonunda qalacağını ehtimal edir.