Bakının mərkəzində böyük bir ərazidə tikinti işləri sürətlə davam etdirilir. Geniş yaşıllıq zolaqları və enli yollardan ibarət olacaq ''Sovetski '' kimi tanınan ərazidə artıq kommunikasiya xətlərinin böyük bir hissəsi çəkilib, bəzi yollara hətta asfalt da vurulub.
Live.az Xəzər TV-yə istinadən məlumat verir ki, əvvəllər iç-içə və xaotik şəkildə tikilən evlərlə xatırlanan bu ərazi, indi böyük bir tikinti meydançasına çevrilib. Kommunikasiya xətlərinin çəkilməsi üçün böyük xəndəklər qazılıb, dar yollar genişləndirilir və yeni yollar salınır.
Yenidənqurma işləri çərçivəsində Təzəpir məscidinin yaxınlığında böyük yeraltı parkinq və insanların ərazidə salınacaq parka keçidini təmin etmək üçün piyada keçidi tikiləcək.
Layihə başa çatdıqda "Statistika dairəsi” kimi tanınan ərazidə işıqforsuz hərəkət təmin ediləcək və Füzuli küçəsi "5 mərtəbə" dairəsindən etibarən uzadılaraq Abdulla Şaiq küçəsinə birləşdiriləcək. Hazırda Abdulla Şaiq küçəsinin asfaltlanması həyata keçirilir. Yolların çəkilməsi yekunlaşdırıldıqdan sonra ərazidə yaşıllaşdırma işləri aparılacaq. İşlərin tam olaraq bu ilin sonu - gələn ilin əvvəli yekunlaşdırılması planlaşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: