Azərbaycan poçtu onlayn ödənişlər xidmətini göstərməyə başlayıb

Azərbaycan poçtu onlayn ödənişlər xidmətini göstərməyə başlayıb "Azərpoçt" MMC onlayn ödənişlər xidmətini göstərməyə başlayıb.

Sistem inteqratoru vəzifəsini yerinə yetirən "Goldenpay" şirkəti sistemin texniki quruluşu üzrə işləri həyata keçirib.

Onlayn ödənişlər sistemi istifadəçilərə MMC-nin korporativ internet resursu vasitəsilə xidmətləri ödəməyə imkan verir. Bu zaman VISA və MasterCard elektron bank kartlarından istifadə olunur.

Hazırda onlayn ödənişlər sisteminin köməyi ilə elektrik enerjisi, qaz, internet-provayderlərin xidmətləri, mobil və stasionar rabitə, kabel televiziyası, sığorta və digər xidmətlərə görə abonent ödənişlərini həyata keçirmək mümkündür.
Şərhlər
Sosial bölməsinin xəbərləri