"Azəriqaz": Ötən il 2,6 mln. manatlıq qaz itirilib
- 13.03.2017, 12:44,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il ərzində "Azəriqaz" İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib olunub.
Bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev bildirib.
Onun sözlərinə görə, 2016-cı il ərzində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir: "Bunun nəticəsidir ki, ötən il ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 manat dəyərində dəymiş ziyan hesablanıb".
APA