Azərbaycanda virtual olaraq həkimin qəbuluna yazılmaq imkanı verən proqram təqdim edilib
- 14.03.2017, 14:21,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün "Microsoft" şirkəti səhiyyə müəssisələrinin rəhbərləri üçün seminar keçirib.
APA-nın xəbərinə görə, seminarda "Microsoft skype" proqramı təqdim olunub.
"Microsoft”un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov bildirib ki, bu proqramın köməyi ilə vətəndaşın xəstəxanaya getmədən virtual olaraq həkimin qəbuluna yazılmaq imkanı var: "Vətəndaş "Microsoft Skype" üzərindən həkimlə canlı ünsiyyətə daxil olur. Həkim ilkin məlumatları əldə etdikdən və rəqəmsal şəkillərə baxdıqdan sonra vətəndaşın canlı olaraq həkim müayinəsinə ehtiyacının olub-olmamasına qərar verir".
S. Həşimov qeyd edib ki, "Microsoft" Office 365 booking vasitəsilə də həkimlərin qəbuluna yazılmaq mümkündür.
Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, millət vəkili Rəşad Mahmudov isə bildirib ki, texnologiyanın yaratdığı imkanlar həkimlərə məqsədlərinə çatmaq üçün kömək edəcək.
Seminar mühazirələrlə davam etdirilib.