Böyük Britaniya parlamenti “Brexit”in başlanmasına dair qanun layihəsini təsdiqləyib

Böyük Britaniya parlamenti “Brexit”in başlanmasına dair qanun layihəsini təsdiqləyibBöyük Britaniya parlamentinin Lordlar palatası Avropa İttifaqından çıxma proseduruna dair qanun layihəsini təsdiqləyib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qanun layihəsi İcmalar palatası tərəfindən təsdiqlənib.

Hazırda qanunun qüvvəyə minməsi üçün formal olaraq kraliça II Yelizavetanın razılığı gərəkdir. Bundan sonra Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi olaraq ölkəsinin Avropa İttifaqından çıxma proseduruna start verə bilər. “Brexit”in rəsmi olaraq başlanacağı tarix hələ ki, məlum deyil. Əksər ekspertlər bunun martın 27-də baş tutacağın ehtimal edir.

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.
Şərhlər
Dünya bölməsinin xəbərləri