Şəbnəm Tovuzlunun bir qəzetlik lüt şəkilləri var
- 15.03.2017, 14:48,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prodüsser Tolik və müğənni Şəbnəm Əsədovanın ötən gün canlı yayımda Təranə Qumralı 720 manatlıq alçaya görə tənqid etməsinə qarşı tərəfdən cavab gecikməyib.
Açıqlama verən Təranə Qumral böyük qalmaqala səbəb olacaq açıqlama verib.
O, xanım həmkarını qadın alverində günahlandırıb: "Çoxları özlərini Təranə və Musayla reklam edir. Tolikə demək lazımdır ki, Musa Musayev Azərbaycanda, Rusiyada toylara gedəndə, sən harda idin? Tolik bizim yaşayış tərzimizi də, ətrafımızı da yaxşı bilir. Mən icazə vermirəm ki, heç bir prodüser, müğənni hansısa məsələyə görə adımı çəksin. Mən nə Şəbnəmdən, nə də Tolikdən qorxmuram. O özü hansı səviyyədədir ki, mənim haqqımda danışsın?!"
Təranə Qumral xanım həmkarı Şəbnəm Tovuzlu ilə bağlı bunları deyib: "Bir müddət öncə mətbuat dərc etdi ki, qadın alveri üstündə Şəbnəmi tutmuşdular. Bundan danışım?! Şəbnəmin məndə bir qəzetlik lüt şəkilləri var. Lazım gələrsə, o şəkilləri sizə təhvil verə bilərəm. O yetim qızdı, istəmirəm ona toxunum. Mən faktlarla danışan adamam. Heç kimi topuğumdan yuxarı buraxmıram. Hətta onlardan danışdığıma görə utanıram. Şəbnəmin məndə yataqda şəkilləri var. Əsəblərimlə oynamasın. Əgər üstümə gəlməyə davam edərsə, bütün o fotoları yayımlayacam. Dediklərimi bir-bir yazın. Artıq danışmaq istəmirəm, çünki bayramın günü qanımı qaraltmaq kimi fikrim yoxdu. Getsin özündən danışsın. Başqasının ərindən kəbinlə uşaq doğan adamdır. Bu boyda ayıbı olan insan Təranədən danışır?! 25 ildir Musayla ailəliyəm, mənim arxamda ərim var. Kimin sözü varsa, qarşıma çıxsın. Əlimdə faktlar da var".
mətbuat.az