Səhlab Bagırova general rütbəsi verilib

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, DİN-in aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

Bağırov Səhlab Aloş oğlu - Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini

Novruzov Səbuhi Məhərrəm oğlu - Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini

Təhməzov Mehman Vəli oğlu - Azərbaycan Respublikasında İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi
Şərhlər
Hadisə bölməsinin xəbərləri