Bank sektorunun balans kapitalı 2 mlrd. manatı ötüb

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 yanvar 2017-ci il tarixinə cəmi aktivləri 32 mlrd. 407,1 mln. manat, cəmi öhdəlikləri 30 mlrd. 347,5 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) APA-ya verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 59,6 mln. manatdır. İlin əvvəlinə bu göstərici 1 mlrd. 908,8 mln. manat olub. Beləliklə, sektorun balans kapitalı 7,9% və ya 150,8 mln. manat artıb.

Əhalinin əmanətləri 7 mlrd. 691,3 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 569, şöbələrinin sayı 132, ATM-lərin sayı 2468-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edir. İlin əvvəlinə sektorun işçi heyətinin 16 947 nəfər olduğunu nəzərə alsaq, 19 nəfərin sektoru tərk etdiyi məlum olur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri