Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünüb.

Yarışın bu mərhələsində 7 ölkə təmsilçisi çıxış edir. 1/4 finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq. Qonşu Türkiyənin mübarizəni davam etdirən yeganə komandası “Beşiktaş”ın da rəqibi Nyonda bəlli olub. Püşk “ağ-qaralar”ı Fransa “Lion”u ilə üz-üzə qoyub.

Avropa Liqası
1/4 final
(13 və 20 aprel)
“Anderlext” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)
“Selta” (İspaniya) - “Genk” (Belçika)
“Ayaks” (Hollandiya) - “Şalke” (Almaniya)
“Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə)
Şərhlər
İdman bölməsinin xəbərləri