Sığorta olunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır
- 19.03.2017, 11:45,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda sığorta olunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Bunu Trend-ə açıqlamasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.
İcraçı direktorun sözlərinə görə, Fond özəl sahibkarların əmanətlərinin siğortalanmasına başlamağı təklif edir.
A.Cavadov deyib: "Hazırda ADIF yalnız fiziki şəxslərin əmanətlərinin sığortalanmasını həyata keçirir. Düşünürəm ki, biz tədricən hüquqi şəxslərin, eləcə də xırda və orta sahibkarların əmanətlərinin siğortalanmasına başlaya bilərik."
Onun sözlərinə görə, özəl sahibkarların sığorta olunan əmanətinin məbləği fiziki şəxslərin sığorta olunan depozitlərinin məbləğindən fərqlənəcək.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb.