Somalinin paytaxtında törədilən partlayışlar nəticəsində 50 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar bir-birinin ardınca prezident sarayı, Milli teatr, Müdafiə nazirliyi və “Daya” hoteli qarşısında baş verib.

Hadisə nəticəsində azı 10 nəfər yaralanıb.

Terror aktlarına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

“Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

***



Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident prezident sarayının yaxınlığındakı blokpostda qeydə alınıb.

Məlumata görə, minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri