Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Bu barədə BBC London polisinə istinadən xəbər verib.

Ölənlərdən biri polis əməkdaşıdır. Hadisə nəticəsində azı 20 nəfər yaralanıb. Bundan əvvəl 2 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, bu gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və daha sonra parlament binasına yaxınlaşaraq polis nəfərini bıçaqlayıb. O, digər polislər tərəfindən atəş açılaraq zərərsizləşdirilib.

***


Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Sky News” telekanalı xəbər verib.

Bundan əvvəl 1 qadının öldüyü bildirilirdi.

Bu gün Londonun Vestminster körpüsündə və Böyük Britaniya parlamentinin yaxınlığında iki silahlı insident baş verib.

London polisi baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

İnsident Brüsseldə törədilən terror aktının ildönümü ilə üst-üstə düşüb. 2016-cı il, martın 22-də Belçika paytaxtının hava limanı və metro stansiyasında törədilən terror aktı nəticəsində 35 dinc sakin ölüb, 3 terrorçu-kamikadze məhv edilmişdi. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.
Şərhlər
Dünya bölməsinin xəbərləri