Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü [Video]

Səhər Qasımova 3 yaşlı oğlu Amidin 86 saylı bağçada tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. Səhər xanım deyir ki, uşağı səhər tezdən bağçaya sağ-salamat gətirmişəm ,axşam bacım oğlumu bağçadan götürəndə isə uşağın üzündə barmaq izləri olub. Ana əmindir ki, həmin barmaq izləri təlim-tərbiyə müəssisəsinin tərbiyəçisi Təranə Pirməmmədovaya aiddir.

Azyaşlının döyülməsində ittiham olunan bağçanın tərbiyəçisi Təranə Pirməmmədova pirə, məscidə də and içib ki, mən Amidə heç barmağımın uçu ilə də toxunmamışam. Uşağı bağçadan götürəndə də oğlanın üzündə heç bir barmaq izi olmayıb. Valideyn də həmin gün uşağının döyülməsi barədə bağçaya müraciət etməyib.

Amidin anası isə tərbiyəçinin yalan dediyini və bağçadan çıxanda uşağın üzündə kəskin qızartının olduğunu bildirib.

Bağçanın müdiri də hadisə baş verən gün, nə də həmin gündən sonra valideynin bağçaya şikayət etməməsini təsdiqləyib. O, bildirib ki, ümumiyyətlə, işlədiyi 19 il ərzində Təranə müəllimədən heç bir şikayət olmayıb.

Qeyd edək ki, Bakı şəhər İcra hakimiyyətinin balansında olan bağçadakı hadisə ilə bağlı həm icra hakimiyyəti, həm də Sabunçu rayonu 12-ci polis bölməsi araşdırma aparır və tərbiyəçinin aqibətinə də araşdırmanın sonunda qərar veriləcək. Səhər Qasımova isə artıq qərarını verib. Amidi bundan sona 86 saylı bağçaya aparmayacaq.


Şərhlər
Hadisə bölməsinin xəbərləri