“Neftçi” Latviya yığmasının qapıçısını transfer edib

“Neftçi” Latviya yığmasının qapıçısını transfer edib Latviya milli komandasının qapıçısı Pavel Doroşev yenidən Azərbaycanda çıxış edəcək. Live.az-ın APA-ya verdiyi məlumata görə, 33 yaşlı futbolçusu karyerasını “Neftçi”də davam etdirəcək. Uzun illər “Qəbələ”nin əsas qapıçısı olmuş Pavel Çempionlar Liqasındakı təmsilçimizlə 1 illik müqavilə imzalayıb.



Doroşev komandanın Avstriyadakı təlim-məşq toplanışına qatılaraq, Almaniyanın III liqa təmsilçisi “Vakker”ə 3:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununda 2-ci 45 dəqiqədə oynayıb. O, yeni komandasında 1 nömrəli formanı götürüb.



Qeyd edək ki, Pavel 2011-ci ildə “Qəbələ”dən kənarlaşdırıldıqdan sonra vətəninə qayıdaraq, Liyepaya “Metallurq”unda oynayıb. O, milli çempionatımızda “quru seriya”sı ilə ölkəmizin beynəlxalq miqyasda rekordçularından olub. Doroşev “Qəbələ”də keçirdiyi 99 matçla klubun tarixində oyun sayında mütləq rekordçudur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri