Londonda terror aktı törədənin şəxsiyyəti müəyyənləşdirilib

Londonda terror aktı törədənin şəxsiyyəti müəyyənləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Skotland Yard”ın məlumatına əsasən, hücum Böyük Britaniyada anadan olmuş Kent qraflığının sakini 52 yaşlı Xalid Məsud tərəfindən törədilib.

Terror aktından əvvəl onun barəsində istintaq tədbirlərinin aparılmadığı bildirilir. Xalid Məsudun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunduğu qeyd olunur. O, hücumlar törətməkdə, ağır bədən xəsarətləri yetirməkdə, qanunsuz silah daşımaqda və ictimai asayişi pozmaqda ittiham olunaraq bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

“Onun terror xarakterli hər-hansı cinayət üzrə məhkumluğu olmayıb”, - deyə məlumatda bildirilir.

Son məlumata görə, Xalid Məsudun törətdiyi terror aktı nəticəsində 3 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Cinayətə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Şərhlər
Dünya bölməsinin xəbərləri