ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb

ABŞ-ın Atlanta şəhəri yaxınlığında (Corciya ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb.

APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər verib.

İlkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 1 nəfər ölüb, fərdi yaşayış evi yanıb.

Hadisə zamanı yaşayış evində heç kim olmayıb. Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar barədə hələ ki, məlumat yoxdur.
Şərhlər
Dünya bölməsinin xəbərləri