ABŞ şirkətləri “YouTube”-də reklam yerləşdirməkdən imtina edirlər

ABŞ şirkətləri “YouTube”-də reklam yerləşdirməkdən imtina edirlər ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar “YouTube” saytında reklamlarını yerləşdirməkdən imtina edirlər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Pepsi”, “Walmart” və “Starbucks” şirkətləri də bu kampaniyaya qoşulublar.

“Pepsi” şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin “YouTube”-dəki bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. “Walmart” bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. “Starbucks” də müvəqqəti olaraq “YouTube”-də reklamlarını dayandırdığını açıqlayıb.

Qeyd edək ki, bir neçə şirkətin “YouTube”-də reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət “YouTube”-nin məxsus olduğu “Google” şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti “Verizon i AT&T”, kosmetika və tibb avadanlıqları istehsalçısı “Johnson & Johnson”, Böyük Britaniyanın “Royal Bank of Scotland”, HSBC və “Lloyds” bankları var.

“Google’ şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri