"Bank Respublika"nın Müşahidə Şurasına yeni sədr təyin olunub
- 29.03.2017, 14:55,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Martın 28-də "Bank Respublika" ASC-nin səhmdarlarının ümumi yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni sədri vəzifəsinə təyin edilib. Bankdan verilən məlumata görə, "Bank Respublika"dan öncə Ş.Rəhimov "AccessBank" ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
Ş.Rəhimov Azərbaycan Dövlət İqtisad Universiteti və Warwick Universitetində, Warwick Business School Biznes Administrasiyası üzrə magistr dərəcəsi alıb. O, hal-hazırda Stendford Universitetində “Strateji qərarlar və Risklərin İdarə edilmməsi” proqramı üzrə təhsilini davam etdirir.
"Bank Respublika" ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və 25 ildir "Sizə faydalı" şüarına sadiq qalaraq effektiv maliyyə xidmətləri göstərir.
Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur - KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.