Edvard Snouden Rusiyadan siyası sığınacaq istəyib

ABŞ dövlətinə məxsus gizli sənədləri sızdıran Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snouden Rusiyadan siyası sığınacaq istəyib.

APA-nın verdiyi məlumata görə, Şeremetova hava limanının konsulluq ofisinin nümayəndəsi Kim Şevçenko dünən İngiltərə vətəndaşı Sarah Harissonun onlarla əlaqə saxladığını söyləyib: “O, özünün ABŞ vətəndaşı Edvard Snoudenin vəkili olduğunu söylədi və Snoudenin siyasi sığınacaq tələbi ilə konsulluğumuza müraciət etdi”.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Edvard Snoudenin ABŞ-a ziyan verməmək şərti ilə Rusiyada qala biləcəyini söyləyib”.

Edvard Snouden artıq bir həftəden çoxdur ki, Şeremetova hava limanın tranzit ərazisində gözləyir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri