Bakıda piyada yol-nəqliyyat hadisəsinin qurbanı olub
- 30.03.2017, 10:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Sumqayıt səhər sakini, 1993-cü il təvəllüdlü Elvin Cəbrayılov idarə etdiyi “Lada Priora” markalı, 50 CV 315 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1987-ci il təvəllüdlü Zaur Oruc oğlu Mustafayevi vurub. Piyada yerindəcə ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.