ABŞ həbsxanasında “Ölüm mələyi” ləqəbli manyak öldürülüb
- 31.03.2017, 10:21,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da 50-dək insanı qətlə yetirdiyinə görə bir neçə ömürlük həbs cəzasına məhkum edilmiş “Ölüm mələyi” ləqəbli Donald Harvi həbsxana kamerasında döyülərək öldürülüb.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Ohayo ştatının Tolido şəhər həbsxanasında cəza çəkən 64 yaşlı D.Harvi martın 28-də axşam saatlarında öldürülüb. Məlumata görə, naməlum şəxs kameraya daxil olaraq D.Harviyə ağır xəsarətlər yetirib. D.Harvi aldığı ağır xəsarətlərdən iki gün sonra xəstəxanada keçinib.
Qeyd edək ki, 1970-1980-ci illərdə Tsinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) xəstəxanalarında sanitar çalışan Donald Harvi xəstəxana yeməyinə zəhər qatmaqla və ya süni nəfəs aparatından ayırmaqla xəstələri qətlə yetirib.
D.Harvi 1987-ci ildə 37 nəfəri qətlə yetirdiyini etiraf edib. Bir müddət sonra o, Tsinsinnati xəstəxanasında daha 18 nəfəri öldürdüyünü etiraf edib.