Tillerson: NATO hər yerdə terrorizmlə mübarizəyə rəhbərlik etməməlidir

Tillerson: NATO hər yerdə terrorizmlə mübarizəyə rəhbərlik etməməlidir NATO hər yerdə terrorizmlə mübarizəyə rəhbərliyi öz üzərinə götürməməlidir, lakin alyans fəaliyyətinə ehtiyac olan sahələrdə əlavə səylər göstərməlidir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson alyansa üzv olan ölkələrin xarici işlər nazirləri qarşısında çıxışı zamanı deyib.

R.Tillerson qeyd edib: "Biz NATO-nun terrorizmlə mübarizədə hər yerdə aparıcı rol oynamalı olduğunu düşünmürük. Bu rolu tez-tez digərləri - milli hökumətlər, İŞİD-lə mübarizə üzrə koalisiya və Avropa İttifaqı oynayacaq".
Şərhlər
Dünya bölməsinin xəbərləri