“Binə” ticarət mərkəzində yanğın söndürülüb

“Binə” ticarət mərkəzində yanğın söndürülüb “Binə” ticarət mərkəzində yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.


***


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​
Şərhlər
Hadisə bölməsinin xəbərləri