Azərbaycanın cənub və şimal rayonlarına qar yağıb

Azərbaycanın cənub və şimal rayonlarına qar yağıb Qubanın bəzi yaşayış məntəqələrinə də qar yağıb.

Rayonun Xınalıq kəndinə 4 sm, Qırıza 4 sm, Rükə 3 sm, Xaltana isə 1 sm qar yağıb.

Qusarın Ləzə kəndi ərazisində isə qarın hündürlüyü 4 sm-dir. Bəzi ərazilərdə temperatur mənfi 5 dərəcəyə enib.

Qeyri-sabit hava şəraiti aprel ayının 4-dək davam edəcək.

***


Lerikə qar yağmağa başlayıb.

Ötən gün yağan sulu qar qara çevrilib.

Qarlı hava şəraiti davam edir. Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynovun APA-ya verdiyi məlumata görə, Lerik rayon mərkəzinə 5-6 sm, yüksək dağlıq ərazilərə isə 10 sm qar düşüb.

Belə hava şəraiti davam edərsə, aprel ayının ilk günlərində qarın yağması xarakterik olmadığı üçün ağacların çiçək açdığı dövrdə şaxtalı hava məhsuldarlığı aşağı salacaq. Hidrometeoroloqlar qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcəyini bildirirlər. Bundan başqa, Yardımlı və Astara rayonlarında da yüksək dağlıq ərazilərdə qar müşahidə olunur.


APA
Şərhlər
Sosial bölməsinin xəbərləri