Son günlər kirayə mənzil bazarında qiymətlərdə müəyyən qədər azalmalar müşahidə olunur.
Live.Az xəbər verir ki, əgər yanvar-fevral aylarında qiymətlərdə artım baş verirdisə, artıq azalma başlayıb və bu prosesin iyul ayına qədər davam edəcəyi gözlənilir.
Əmlak bazarı iştirakçıları deyirlər ki, daha çox azalma may ayında olacaq. Qiymətlər təqribən 6-7 faiz aşağı düşəcək. Bunun isə bir sıra səbəbləri var.
Qiymətlərdə dəyişiklik tələb-təklifdən asılı olaraq dəyişəcək. Belə ki, əgər tələb çox, təklif az olarsa, o zaman avtomatik olaraq qiymətlərdə artım baş verir.
Əmlak mütəxəssisi Nüsrət İbrahimov ən çox tələb olunan kirayə zonasının dəyişmədiyini deyir. Bu, metro çıxışlarının ətraflarının daxil olduğu 3-cü zonadır. 2 otaqlı mənzillərə tələbat yüksəkdir.
Köhnə tikili mənzillərin kirayə qiyməti yeni tikili mənzillərin qiymətindən baha olaraq qalmaqdadır.
Ümumiyyətlə isə ən çox tələb təmirli və əşyalı evlərdir.
Xəzər Xəbər mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: