Saltuk Düzyol: “TANAP layihəsi üzrə 3,2 milyard dollara qənaət etmişik”

Saltuk Düzyol: “TANAP layihəsi üzrə 3,2 milyard dollara qənaət etmişik” “Ümid edirik ki, TANAP layihəsi vaxtından tez başa çatacaq”

Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

S.Düzyolun sözlərinə görə, ha-hazırda layihə üzrə işlər tam sürətlə davam edir.

“Sıfır faza olaraq dəyərləndirdiyimiz Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan və BOTAŞ-a ilk qaz nəql edəcəyimiz hissədə işlərin 77%-i tamamlanıb. Ümumilikdə isə layihə üzrə işlərin 67%-i yekunlaşmaq üzrədir”, - deyə S.Düzyol qeyd edib.

Baş direktor yay mövsümündə daha səylə çalışacaqlarına və daha çox stansiyaların tikintisinə diqqət ayıracaqlarını deyib: “2018-ci ilin iyuna ayının sonuna kimi ilk qaz nəqlini planlaşdırırıq. Layihə üzrə işlər təqvimə uyğun gedir. Maliyyəyə xeyli, ümumi büdcə üzrə 3,2 mlrd. dollar qənaət etmişik. Bu tip meqa layihələr 75-80% gecikmə və artıq xərclər ilə tamamlanır. Lakin TANAP-da həm büdcəyə qənaət olunur, həm də təxminimizə görə vaxtından əvvəl yekunlaşacaq. Düşünürəm ki, 16 apreldən sonra daha qətiyyətli bir şəkildə layihəni davam etdirəcəyik ”.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri