Təranə Qumral aldatdı

Hal-hazırda Azərbaycanın ən "qlobal" hadisəsi olan Təranə Qumral-Musa Musayev qalmaqalından təzə xəbər var. ANS-in məlumatına görə, cütlüyün barışıq xəbəri yalan imiş. Bəli, Təranə Musanı aldatdığı kimi 9 milyon əhalini də aldada bildi.

T.Qumralın "Biz barışdıq və gecəni Musa ilə birlikdə keçirdik" açıqlamasından sonra camaat dərindən nəfəs alıb yenicə sakitləşmişdi ki, xəbərin yalan olduğu bəlli oldu. Sən demə, Azərbaycanın Bred Piti ilə Ancelina Colisi hələ də küsülü imiş.

Yəni Musa son 3 ildə olduğu kimi hələ də bağ evində gecələyir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri