Baş konsul: "Sankt-Peterburqdakı partlayışda ölənlərdən biri azərbaycanlıdır" - YENİLƏNİ
- 04.04.2017, 11:49,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

“Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində bir azərbaycanlının öldüyü dəqiqləşib. Onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır".
Bunu APA-ya Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib. Onun sözlərinə görə, həlak olan həmyerlimiz Dilbər Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb: "Hazırda konsulluğumuzun əməkdaşları da ordadır".
***
Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilən partlayış nəticəsində bir azərbaycanlının öldüyü barədə bildirilir.
APA-nın məlumatına görə, bu barədə "LifeNews" agentliyi sosial şəbəkə istifadəçilərinə istinadən xəbər yayıb.
Agentlik həmyerlimizin fotosunu da yerləşdirib.
Ölən şəxsin 21 yaşlı Dilbarə Əliyeva olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri yazır ki, o, ağır xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
***
Diaspora nümayəndəsi: "Zaur Vəliyevin huşu yerindədir"
Sankt-Peterburqda terror aktı nəticəsində yaralanan həmyerlimizin vəziyyəti orta ağır olaraq qalır.
Bu barədə APA-ya Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. Onun sözlərinə görə, həmyerlimiz Zaur Vəliyev hazırda Peterburqun İ.İ Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsindədir.
"Həkimlərin verdiyi məlumata görə, Z. Vəliyevin huşu yerindədir. O, həkimlərlə danışıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər" - deyə diaspor nümayəndəmiz bildirib.
Elşən Həmzəyev həmyerlimizin Peterburq sakini olmadığını, Oryol şəhərindən gəldiyini də söyləyib.