Lavrov: “Ümid edirik ki, Bakı və Yerevan qarşılıqlı güzəşt üçün siyasi iradə göstərə biləcək”
- 04.04.2017, 12:49,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya Dağlıq Qarabağ probleminə böyük diqqət ayırmağa davam edir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Bakinskiy raboçiy” qəzetində iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunan məqaləsində bildirib.
S. Lavrov qeyd edib ki, Rusiya regiona sülhün və sakitliyin qayıtmasında, insanların ölməməsində, sərhədlərin açılmasında, iqtisadi mübadilənin bərpa olunmasında maraqlıdır: “Bunun üçün mümkün olanı edirik. Vasitəçilik missiyasını tək, eləcə də ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransa ilə birgə həyata keçiririk. Vasitəçilərin sayəsində tərəflər bir çox mübahisəli məqamlarla bağlı mövqelərini yaxınlaşdırmağa nail olublar. Əsasən münaqişənin nizamlanmasının baza prinsipləri razılaşdırılıb. Lakin Azərbaycan və Ermənistan bunun həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Bununla əlaqədar bizim vəzifəmiz tərəflərə balanslı həlli tapmağa kömək etməkdən ibarətdir”.
S. Lavrov ümid etdiyini bildirib ki, Bakı və Yerevan qarşılıqlı güzəştə hazır olmaları barədə siyasi iradə göstərə biləcək: “Bu, danışıqlar prosesinin nəticəli olması üçün vacibdir. Əlbəttə ki, irəliyə getməyin əsas şərti münaqişə zonasında gərginliyin azaldılması, münaqişəsinin silahlı yolla həllindən imtina etməkdir. Rusiya da öz növbəsində bütün cəlb olunmuş tərəfləri qane edən problemin həlli variantını dəstəkləməyə, razılıq əldə olunacağı təqdirdə, digər vasitəçilərlə birlikdə nizamlanmanın zəmanətçisi olmağa hazırdır”.
APA