Manat dollara nisbətən 5 aylıq maksimumu yeniləyib
- 04.04.2017, 19:40,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir müddət dollara nisbətən ucuzlaşan manat Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bu gün keçirilən hərracda gözlənilmədən möhkəmlənərək 5 aylıq maksimumu yeniləyib.
Live.az xəbər verir ki, APA tərəfindən aparılan təhlil göstərir ki, AMB tərəfindən sabah üçün 1,7140 səviyyəsində müəyyən olunan USD/AZN rəsmi məzənnəsi ötən ilin noyabr ayının 23-də (1,7146) qeydə alınan göstəriciyə olduqca yaxındır. Həmin dövrdən etibarən manatın məzənnəsində volatillik müşahidə olunub. Lakin bu müddət ərzində USD/AZN rəsmi məzənnəsi aprelin 5-ə müəyyən olunan səviyyəyədək enməyib.
Ötən ilin noyabr ayının 23-dən cari ilin fevralın 4-dək olan müddət ərzində dolların manata nisbətən ən yüksək məzənnəsi 1-2 fevral tarixlərində qeydə alınıb. O zaman dollar 1,9200 manatadək bahalaşa bilib. Beləliklə, fevral ayının 2-si ilə müqayisədə manat 10,7% bahalaşıb.
Ümumiyyətlə, ilin əvvəlindən manat dollara nisbətən 3,2% möhkəmlənib.
Bu günlə müqayisədə isə aprelin 5-ə olan USD/AZN rəsmi məzənnəsi 0,6% möhkəmlənib. Xatırladaq ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib.
Onu da qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı baş tutub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb.