İranın daha bir aviaşirkəti “Boeing” təyyarələri sifariş edib
- 04.04.2017, 19:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tehranda ABŞ-ın “Boeing” və İranın “Aseman” aviaşirkəti arasında “Boeing-737 Max” tipli 60 yeni təyyarənin alınmasına dair saziş imzalanıb.
Bundan öncə İran Aviasiya Şirkəti (“İran Air”) “Boeing”dən 80 yeni təyyarə alacağına dair sənəd imzalayıb.
Bu təyyarələr “İran Air” aviaşirkətinə 2018-ci ildə təhvil veriləcək.
Qeyd edək ki, “Aseman”la “Boeing” arasında danışıqlar 1 il davam edib. İmzalanmış müqaviləyə əsasən “Boeing” təyyarələri 2019-cu ildən etibarən “Aseman” şirkətinə təhvil verəcək.
İmzalanmış müqaviləyə əsasən, “Boeing” qarşı tərəfə texniki dəstək də verəcək.
APA