Warner Bros.Pictures Intl» və “Universal Pictures International” kimi kino şirkətlərin distribyutorları izləyici sayına görə Azərbaycan kinoteatrları arasında lider şəbəkənin adını açıqlayıb.
Bu barədə “Park Cinema”-dan Live.az-a daxil olan məlumatda bildirilir.
“Park Cinema”-nın Marketinq üzrə Direktor, Musa Axundov bu əlamətdar hadisə ilə bağlı müsahibə verərək şəbəkənin uğurlu fəaliyyətindən danışıb.
«Warner Bros.Pictures Intl» və “Universal Pictures International” kimi kino şirkətlərin distribyutorları “Park Cinema” kinoteatrlar şəbəkəsini izləyici sayına görə Azərbaycan kinoteatrları arasında lider elan etmişdir. Sizin üçün bu nə deməkdir? Həqiqətən də «Warner Bros.Pictures Intl» və “Universal Pictures International” kino şirkətlərinin distribyutorları olan İNTER CİNEMA və “İnterfilm Fistribution” MMC-dən “Park Cinema” kinotetarlar şəbəkəsinin ünvanına təşəkkür məktubları gəlmişdir. Distribyutor şirkətlər öz məktublarında qeyd etmişlər ki, onlar tərəfindən 2016-cı il üçün film icarəsinin hesabatı aparılmışdır və nəticədə aydın olmuşdur ki, kassa gəliri və kinotetrlarda tamaşaçı sayına görə “Park Cinema” kinoteatrlar şəbəkəsi Azərbaycandakı kinoteatrlar arasında ən yaxşı nəticələr göstərmişdir və göstərilən əməyə görə bizə təşəkkürlərini bildirmişlər. Bu əlbətdə ki, bizi sevindirməyə bilməz. Ölkədə kinoteatrların sayının artdığını, habelə iqtisadiyyat və maliyyə sektorunda baş prosesləri nəzərə alaraq izləyiciləri kinoteatrlarımıza cəlb etmək üçün az səy göstərmirik. Və əgər bizi özümüz yox, başqaları tərfiləyirsə, demək ki, biz doğru yoldayıq. Tərəfdaşlarımzın “Park Cinema” kinoteatrlar şəbəkəsi haqda söylədikləri xoş sözlərə görə minnətdarıq və bundan sonra da tərəfdaşlarımıza layiqli və etibarlı olmağa çalışacayıq. Bununla yanaşı onu da qeyd etmək istərdim ki, kinoteatrlar şəbəkəsinin bu uğurunda ən böyük pay fəaliyyətə başladığı gündən izləyici sayına görə lider olan “Park Cinema Park Bulvar”-a düşür.
“Park Cinema” kinoteatrlar şəbəkəsini izləyicilərə bu qədər sevdirən nədir? Əsas amillər – xidmət səviyyəsi və keyfiyyəti, ən yeni təchizatlardır. Düzgün seçilmiş repertuar isə həmçinin çox əhəmiyyətlidir. Biz müxtəlif janrda olan filmləri siyahıda düzgün yerləşdirməyə çalışırıq və bununla yanaşı Azərbaycan izləyicisinin üstünlük verdiyi janrları da nəzərə alırıq. Bundan əlavə, kinoteatrın fəaliyyət göstərdiyi məkan da vacib amillərdəndir. Məsələn, “Park Cinema Park Bulvar” kinoteatrının liderliyi onunla izah olunur ki, ticarət və əyləncə mərkəzi “Park Bulvar” Xəzər dənizinin sahilində yerləşir və bura paytaxt sakinlərinin istirahət və alış-veriş üçün ən sevidiyi yerdir, burada insan sayı hər zaman çoxdur və əlbətdə ki, kinoteatrımızn izləyici sayına da təsir göstərir.
Yüksək kassa gəliri distribyutor şirkətərinin kinoteatrlar şəbəkənizə olan münasibətlərinə necə təsir göstərir? Əlbətdə ki, kino şirkətləri izləyici sayına diqqət yetirirlər və məhz “Park Cinema Park Bulvar”-da seanslar uğrunda mübarizə aparırlar. Kinoteatrımızın izləyici sayı bizə həmçinin bəzi üstünlüklər bəxş edir. Bizdə mütamadi olaraq premyera öncəsi nümayişlər və müxtəlif pomoşn kampaniyalar keçirilir. Bundan əlavə, filmlərin əsas premyeraları digər kinoteatrımızda IMAX formatında nümayiş olunur. Bakının yeni simvoluna çevrilmiş Flame Towers-da yerləşən Park Cinema IMAX Azərbaycanda izləyicilərə IMAX formatında film izləmək imkanı bəxş edən yeganə kinoteatrdır.
Filmləri Azərbaycanda ən çox məşhurluq qazanan kino şirkətlərinin reytinqi varmı? İş orasındadır ki, insanlar filmi izləməyə gələndə onun hansı şirkətin istehsalı olduğunun fərqinə varmırlar. Lakin ümumilikdə Universal Pictures, Warner Brothers, 20th Century Fox və s. iri kino studiyalarının filmləri əlbətdə ki, daha çox izləyici sayı toplayır. Məlum olduğu kimi, son illər Azərbaycanda çoxlu sayda bədii filmlər istehsal olunur. Bununla bağlı daha bir sevindirici məqamı qeyd etmək istərdim – yerli kino istehsalçılarının əksəriyyəti premyera üçün məhz “Park Cinema”-nı seçir.
Daha çox izləyici cəlb etmək üçün “Park Cinema” kinoteatrları şəbəkəsində yeniliklər gözlənilirmi? Kinoteatr- kommersiya anlayışıdır və bu səbəbdən ölkənin iqtisadiyyatı və maliyyə sektorunda baş verən proseslər hər necə olursa olsun fəaliyyətimizə təsir göstərir. Bazar iqtisadiyyatının şərtləri onları nəzərə alma zərurətini bizə diktə edir. Yeni kinoteatrların fəaliyyətə başlaması, kino icarəsi və kinoteatrlar bazarında rəqabət artımı, digər tərəfdən ölkənin maliyyə sektorunda baş verən proseslər bizdən dözümlülük tələb edir. Biz daima inkişaf etməyə çalışırıq, tezliklə xidmət keyfiyyətimizi yeni səviyyəyə qaldırmağa imkan verəcək tamamilə yeni texnologiya təchiz olunacaq. Bundan əlavə, “Park Bulvar” ticarət və əyləncə mərkəzində tamamilə yeni və fərqli formatda VİP zalımız fəaliyyətə başlayacaq. Bu il də kino sevərləri premyera öncəsi nümayiş, promoşn kampaniyalar və dünya premyeraları çərçivəsində viktorinalar ilə sevindirməyə davam edəcəyik. “Park Cinema” kinoteatrlar şəbəkəsi fəaliyyətə başladığı gündən əsas missiyamız Azərbaycanda kinoya yanaşma mədəniyyətini dirçəltmək idi və biz buna nail olduq. Hazırkı məqsədimiz isə ən tələbkar izləyicinin belə istəklərinə cavab verən yüksə xidmət sərgiləməkdir. Ümid edirik ki, tətbiq edəcəyimiz yeniliklər bizə izləyici sevigisini qazanamğa davam etmək və ölkənin ən çox izləyiciyə sahib kinotetarı olaraq qalmaq imkanı verəcək.
Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.