Ağ Ev: “ABŞ Suriyada hakimiyyətin dəyişdirilməsi variantını artıq nəzərdən keçirmir”

Ağ Ev: “ABŞ Suriyada hakimiyyətin dəyişdirilməsi variantını artıq nəzərdən keçirmir” ABŞ Suriyada Bəşər Əsəd hakimiyyətinin dəyişdirilməsi variantını artıq nəzərdən keçirmir və onu “siyasi reallıq” hesab edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

“Hazırda Suriyada rejimin dəyişdirilməsi üçün əvvəllər mövcud olan fundamental imkan yoxdur”, - deyə Spayser bildirib.

O qeyd edib ki, Suriyada hər-hansı dəyişikliyi yalnız bu ölkənin vətəndaşları etməlidir. “Suriyadakı siyasi reallığı inkar etmək səfehlik olardı”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri