Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."

Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..." Live.Az müğənni Rəqsanə İsmayılovanın qızı, gənc modelyer Aysunun qafqazinfo-ya müsahibəsini təqdim edir.

- Uzun müddətdir ki, Türkiyədə yaşayırsız. İndi isə Bakıdasız, birdəfəlik köçdüz?

- Bəli, bundan sonra bütün işlərimi Bakıda görəcəm. Burdayam, ara-sıra, yəni 5-10 günlük Türkiyəyə gedə bilərəm. Məşhur aktrisa Ayla Algandan bu peşənin sirlərini öyrəndim, təhsilimi bitirdim. Daha sonra modelyerlik üzrə bilgiləndim, bitirdikdən sonra vətənə qayıtdım.

- Orada agentliklərlə əməkdaşlıq edirdiz. Hətta, seriallara çəkilməyiniz barədə xəbərlər yayılmışdı.

- Cəmi bir agentliklə əməkdaşlıq etdim. Menecerliyimi Aslı İslamoğlu yerinə yetirib. "Vatanım sensin" serialında Hilal obrazını canlandıracaqdım. Təssüflər olsun ki, alınmadı.

- Səbəb nə idi?

- Mən sırf Azərbaycan vətəndaşıyam. Türkiyə vətəndaşı olmalıydım. Həmçinin, "Çalışma iznim" olmalı idi. Bu səbəblərdən alınmadı.

- Azərbaycan filmlərində sizi aktrisa kimi görəcəyik?

- Bu peşəni Azərbaycanda davam etdirmək fikrim var. Ölkəmdə filmlərə çəkilim, sonra dünyaya çıxmaq barədə düşünəcəm.

- Əldə etdiyimiz məlumata görə, siz müğənni olmaq eşqinə düşmüsüz. Bu peşəyə ciddi yanaşmısız, tanınmış bəstəkarlardan mahnı almısız.

- Bunu sizə kim deyib? (Gülür) Müğənni olmaram, ancaq özüm üçün oxuyaram. Hərdən bir sinql çıxara bilərəm. İki mahnı var. Biri Elvin Muxtardan lirika, digəri isə Zülfi Bədəlovdan ritmik... Yenə deyirəm, müğənni deyiləm, olmayacam da... Ancaq bir məsəl var: "Heç vaxt "heç vaxt" demə". Hələ ki, müğənni olmaq istəmirəm. Sadəcə olaraq özümü sınamaq istəyirəm.

- Bütün sahələrlə məşğul olmusuz. Fotomodel, aktrisa, modelyer və müğənni. Amma çox insan deyir ki, Aysunun ulduz işığı var, müğənni də olar.

- Var? Mən o zaman ulduzam (Gülür).

- Bir çox məşhur müğənnilərin övladları tanınır və müğənni kimi fəaliyyət göstərməyə çalışıblar. Ancaq media sizdən daha çox yazır, xəbərlərinizi işıqlandırır. Sizi onlardan nə fərqləndirir?

- Mən öz üzərimdə çox çalışıram. Yerimdə oturmuram. Bu səbəbdən də medianın diqqətindəyəm, marağındayam. Həmişə belə də davam edəcək.

- Sosial şəbəkələrdə çox aktivsiz. Hər gün fotolar paylaşırsız, maraqlı videolar yayımlayırsız. Amma şərhləri oxuyanda tənqid və təhqirlərlə rastlaşırıq. Deyəsən tənqidlərə öyrəşmisiz.

- Şərhləri əvvəl silirdim, "qara siyahı"ya atırdım. Onu da necə edirdim?! Sözümü yazırdım, daha sonra "blok"a atırdım. O mənə cavab yaza bilmirdi. İndi isə "qara siyahı"ya da atmıram. Özləri üçün danışırlar da. Bir məsəl var: "Meymun baxar güzgüyə, adını qoyar özgəyə". Hərdən bu misal ağlıma gəlir. Bekar insanlardır, yazırlar. Mən onların səviyyəsinə niyə enməliyəm? Onlar çoxdur, biz təkik. Həmin izləyicilərə söz çatdırmaq mümkün deyil. Gərək məhkəməyə verəsən. Məhkəməyə versən də, heç nə düzəlməyəcək. Mənim yerimdə olmaq istəyənlərdir. Onlar heç vaxt mənim yerimdə ola bilməyəcəklər.

- Belə danışırsız, ancaq neqativ şərhlər sizə psixoloji olaraq təsir edir, bir qədər insan aqressivləşir.

- Bu fikirlə razılaşmıram. Məni sevən sevir, başqaları lazım deyil.

- Son zamanlar sosial şəbəkədə bir bəylə video paylaşırsız. Torbada pişik var?

- Bu rəqslər davamlı olacaq. Videodakı oğlan Əlidir. Onunla 6 yaşımdan dostuq. Ailəvi olaraq tanışıq. O, rəqqasdır. İstədim ki, ondan bir-iki şey öyrənim. Daha sonra sevdiyimiz mahnılardan dublyajlar hazırlayırıq. Bunun davamı olacaq. İnşallah, rəqslə bağlı yaxşı fikirlərimiz var.

- İndi hamı fenomen olmağa can atır. Bu səbəbdən dublyajlar edirlər, instaqramda daha çox izləyici toplamaq istəyirlər. İzləyici çox olan məşhura reklam təklifləri də çox gəlir. Sizin də belə bir planınız var?

- Yox, belə fikrim yoxdur.

- Niyə? Qazanc yeriniz var?

- Bəli, gəlir yerim bəllidir... (gülür). Mənə belə fenomenlik lazım deyil.

- Rəqsanə xanımın adından çox istifadə edirsiz? Məsələn, hər hansı bir məkana gedərkən işinizi yerinə yetirmirlər. Siz ananıza zəng vurursuz, o isə məsələyə tez müdaxilə edir. Belə bir hal ilə üzləşmisiz?

- Belə şeylər çox vaxt olur. Anam olmasaydı, bu qədər tanınan biri olmazdım. Fəxr edirəm ki, anam Rəqsanə İsmayılovadır. Sadəcə olaraq hərdən xəbər yazanda "Rəqsanənin qızı" kimi təqdim edirlər. Mən isə istəyirəm ki, öz adımla tanınım. İnşallah, bunu da bacaracam. Anamın da arzusu belədir.

- "Rəqsanənin qızı" yazılaraq təqdim olunmanız sizi niyə narahat edir?

- Yox, qətiyyən narahat etmir. Mən anamın qızıyam. Sadəcə olaraq istəyirəm ki, hər şeyi özüm bacarmaq istəyirəm. Addımlarımı öz gücümlə atmaq niyyətindəyəm.

- Rəqsanə xanım indi Rusiyada yaşayır, vaxtının çox hissəsini orada keçirir. Siz də səhv etmirəmsə, bu yaxınlarda Moskvaya gedəcəksiz.

- Anam orada yaşamır, orada restoran açır. Başı ora qarışıqdır. Bu ayın sonunda yeni layihələrini təqdim edəcək.

- Ananız artıq özünü biznes-leydi kimi sınayıb. Yeri gəlmişkən, gözəllik salonu açmışdız. Aqibəti nə oldu?

- Bağladıq, işlətmirik.

- Bəs, siz? Biznesini qurmaq istəmirsiz?

- Mən də belə düşünürəm. Bu il moda evimi açacam. İstədim ki, təhsilimi başa çatdırım.

- Sizin cəmi bir işiniz mediaya tanışdır. Əkizlərin (Red: Sevil və Sevinc Səfərovalar) klipindəki geyimlər sizə məxsusdur. Başqa kimlərlə çalışmısız?

- Brilliant Dadaşova və anamla çalışmışam. Röyadan təklif gəlib. Bəstəkar Pərviz Mahmudovun toyunda görüşdük. Röya mənə dedi ki, sən hamıya paltar tikirsən, məndən başqa... Hətta konsertinin geyimlərini mən hazırlayacağımı planlaşdırırdım. İndi moda evim olan kimi onunla əməkdaşlıq edəcəm.

- Ananız layihə təqdim etməsə belə oxunaqlıdır. Səbəbini bəlkə də, özü də bilmir.

- Çünki Rəqsanə xanım ulduzdur.

- O, ağır bir dövrü geridə qoydu. Depresssiyada olmağı barədə xəbərlər çıxdı. Övlad kimi həmin stiuasiyada ona necə dəstək olduz?

- Bir övlad kimi hər zaman yanındayam. Ana-bala kimi deyilik, rəfiqə, dostuq. Onun hər zaman arxasındayıq.

- Belə bir şey olub ki, Rəqsanə xanımın küsülü olduğu şəxslərlə siz hal-əhval tutasız, yaxınlıq edəsiz?

- Vaxtilə anam Natavan Həbibi ilə danışmırdı. Ancaq mən onunla danışırdım, salamlaşırdım. Daha sonra onlar barışdılar. Bilirdim ki, onlar barışacaq. Anamın özü də deyir ki, mənə görə sən pis olma.

- Sizinlə bağlı xeyli mənfi xəbərlər yayılır, anti-reklam gedir.

- Anti-reklamın özü də bir reklamdır.

- Amma cəmiyyətdə mənfi bir qız obrazında tanıtmaq istəyirlər.

- Tək mənlə bağlı deyil. Bu, bir çox tanınmışların başına gəlir. Buna paxıllıq, qısqanclıq deyirəm. Mənim yerimdə olmaq istəyirlər. Onlar mənə belə etməklə reklam verirlər.

- Paxıllıq sözündən çox istifadə edirsiz. Ətrafınızda çox paxıl insan var?

- O qədər var ki,.. Bu səbəbdən mənim çox dostum yoxdur. Cəmi 2-3 nəfərdir. Qalanları isə tanışlarımdır.

- Azərbaycanda hansı məşhurların övladları ilə dostluq edirsiz?

- Ancaq İlqarə ilə... (Red: Aygün Kazımovanın qızı). Başqa heç bir məşhurun övladı ilə yaxınlıq etmirəm.

- Rəqsanə İsmayılova bir qədər emosionaldır, efirdə hər şeyi açıqlayır. Ancaq təcrübə göstərir ki, daha sonra açıqlamalarına görə başı bir qədər ağrıyır.

- Əvvəllər məndə də belə olurdu. Sonra düşündüm ki, artıq çox şeyi danışmaq olmaz. Sözlər yozulur, uzadılır. Əvvəllər başım çox ağrıdı. Hətta bir ara mediaya açıqlama verməkdən boyun qaçırırdım.

- Deyəsən, xalanız oğlu da aktyordur. Onu "Muhteşem Yüzyıl Kösem" serialında görmüşük.

- Doğrudur, indi "Kölgə" serialında çəkilir. Bu yaxınlarda Kənan M. M klip çəkir. Mən, dostum Əli və xalamoğlu Tunar çəkiləcək. Kənanın şeirinə çəkilən bir layihədir.

- Azərbaycanda azdan-çoxdan tanınırsız. Türkiyədə isə bu, bir qədər çətindir, küçədə gəzərkən heç kəs sizi tanımır. Bu, sizə pis təsir etmədi?

- Yox, Bakıda hamı məni tanıyır. Rahat gəzə və geyinə bilmirsən. Ən azından rahat gülə bilmirsən. Ancaq İstanbulda çox rahatam. Yaşamaq üçün başqa ölkəni məsləhət görmürəm. İnsan depressiyaya düşür, söyləyirəm ki, nə oldu? Məni heç kəs tanımadı. Amma gəzmək üçün xaricə getmək olar. Hətta hansısa bir azərbaycanlı biri məni tanıyan kimi çox sevinirdim.

- Mənə elə gəlir ki, siz həddindən artıq bədxərcsiz. Bahalı brendlərə müraciət edirsiz, dəbdəbəli restoranlarda görünürsüz. Ananız bununla bağlı sizə xəbərdarlıq edir?

- Yox, əksinə, anam deyib ki, əlini nəyə qoyacaqsansa, onu da alacam. O, istəyir ki, mən çox rahat yaşayım. Anam məni çox pis öyrədib. Bəzən düşünürəm ki, geyimlərə xərclədiyim pula bir neçə ev alardım.



Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Rəqsanənin qızı: "Gəlir yerim bəllidir..."
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri