Sevil-Sevinc bacılarının avtomobillə vurduğu şəxsin vəziyyəti kritikdir

Sevil-Sevinc bacılarının avtomobillə vurduğu şəxsin vəziyyəti kritikdir Bu gün səhər müğənni Sevinc-Sevil Səfərova bacılarının törətdikləri qəza nəticəsində yaralanan kişi 1 saylı Şəhər Kliniki Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilib.

Zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib.

Zöhrab Ağayevin həkimi neyrocərrah Nicat Məmmədov xəstənin vəziyyəti ilə bağlı açıqlama verib:

“Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyəti çox kritikdir. Çünki burada yaş faktoru da var. Müayinələr aparılır.

Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.



***

Bu gün müğənni-aparıcı Sevinc və Sevil Səfərovalar yeni aldıqları avtomobillə qəza törədib.

Ifaçıların mətbuat xidmətindən piyadanın heç bir xəsarət almadığı bildirilib.

“Piyada 87 yaşlı kişidir. İndi vəziyyəti çox yaxşıdır, xəsarət almayıb. Hadisə baş verdiyi ərazidə piyada keçidi olmayıb. Həmin şəxs ərazidən yolu keçməyə çalışıb. Avtomobil piyadaya toxunmayıb. Sadəcə olaraq yaşlı insandır, özünü tarazlaya bilməyib, yerə yıxılıb. Amma avtomobil kişiyə dəyməyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub”,-deyə açıqlamada qeyd olunur.


Oxu.Az, yeniçağ.az, Qafqazinfo
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri