Azərbaycan polisinin yaranmasının 95 illiyi münasibətilə mərasim keçirilib

Azərbaycan polisinin yaranmasının 95 illiyi münasibətilə mərasim keçirilib İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də iştirak edib.

Polis Akademiyasına gələn dövlət başçısına daxili işlər naziri, general-polkovnik Ramil Usubov raport verib.

Prezident İlham Əliyev Heydər Əliyevin Akademiyanın baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub.

Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident Mərkəzdə yaradılmış şəraitlə tanış olub, DİN-in əməkdaşları ilə görüşüb.

Prezident, Ali Baş Komandan İlham Əliyev tədbirdə çıxış edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri